Avtomobil almaq istəyən şəxsdən gözlənilməz hərəkət

  • 13.09.2020
  • 0

Avtomobilini satmaq üçün Bakıdan Tərtərə gedən şəxsin maşını əlindən alınıb. Sərvər Hüseynov odlu silahla hədə qorxu gələrək maşını ələ keçirib. Polisin keçirdiyi əməliyyatla həmin şəxs avtomobili ilə birlikdə saxlanılıb. Maşını satmaq üçün paytaxtdan rayona apardı, avtomobili zorla əlindən alındı. Hadisə Tərtərrayonunda baş verib. Belə ki, Bakı şəhər sakini Cəbrayıl Süleymanov Daxili İşlər Nazirlyinin "102 - Zəng Mərkəzi"nə müraciət edib. O, əvvəlcədən razılaşdığı Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə avtomobilini Tərtərə gətirdiyini, Sərvər Hüseynovun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sərvər Hüseynov ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmaların davamı olaraq Sərvər Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də 1 ədəd xəncər aşkar edilərək götürülüb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Nə düşünürsən?