Məcburi köçkünlər üçün tikilən bina yararsız haldadır

  • 12.09.2020
  • 0

Məcburi köçkünlər üçün tikilmiş yeni binaların sakinləri mənzillərin şəraitindən şikayətçidir. Kəlbəcərdən olan 130 məcburi köçkün ailəsiillər sonra Göygöl rayonunda onlar üçün tikilmiş binalarda evlə təmin ediliblər. Ancaq bəziləri hələ də yeni mənzilə köçə bilmir. İllərcə yataqxanalarda və şəraitsiz tikililərdə yaşadılar. Uzun müddət sonra qismət olan yeni mənzil sevinci isə yarımçıq qaldı. Çünki mənzil şəraiti qənaətbəxş olmadığından yeni evə köçə bilmirlər. Sakinlərin şikayətləri həm mənzillərin daxili, həm də binaların həyətyanı sahələri ilə bağlıdır. Onlar deyirlər ki, binaların inşası ilə bağlı bütün işlər natamam, tələsik və başdansovdu görülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, Göygöl rayonu ərazisində 130 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 3 yaşayış binası istifadəyə verilib. Bəzi məcburi köçkünlərin, mənzillərdə sonradan aşkara çıxan texniki qüsurlarla bağlı narahatlıqları barədə Dövlət Komitəsi məlumatlıdır və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Komitənin məsul işçiləri Göygöldə olub,məcburi köçkünlərin qaldırdıqları məsələləri yerində araşdırıblar. Araşdırma zamanı 4 mənzildə cüzi təmirə ehtiyac olduğu müəyyənləşdirilib və həmin mənzillərdə qısa müddətdə təmir işləri aparılacaq.

Nə düşünürsən?