Məşhur rus səhifəsi Firdovsi Umudovun bu görüntülərini yaydı

  • 12.09.2020
  • 303 baxış
  • 0

Həmin Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması keçirilmişdi. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi. Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırıb. Bu günlərdə isə Rusiyanın məşhur "Wrestling Russia" səhifəsi yığmamızın məşqçisi Firdovsi Umudovun sevindiyi anın görüntülərini paylaşıb.

Nə düşünürsən?