Yolu bölüşə bilməyən iki qadının əlbəyaxa döyüşü

  • 12.09.2020
  • 0

Yolu bölüşdürə bilməyən iki qadın sürücü arasında baş verən davanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri Rusiyanın Moskva şəhərində qeydə alınıb. Kadrlarda, yol kənarında park edilmiş “Škoda” markalı avtomobilin qapısının yolun hərəkət hissəsinə açıq qaldığı və qarşı yoldan gələn “Toyota” markalı maşının hərəkətinə maneə yaratdığı görülür. Maşındakı azyaşlı oğlan qapını bağlasa da, “Toyota”nın qadın sürücüsünün hirsi soyumur və həmkarına yaxınlaşaraq ona təhqiramiz sözlər deyir. Ardınca hər iki sürücü arasında hərarət daha da yüksəlir və tərəflər arasında dava başlayır. Bir müddət davam edən əlbəyaxa döyüş, “Toyota”nın sürücüsünün məğlubiyyəti ilə sona çatır. Məğlubiyyəti ilə barışmayan qadın, daha sonra maşından götürdüyü butulka ilə dolu suyu digər qadının üzərinə səpir. Namiq Musayev

Nə düşünürsən?