Turistlərin hüquqlarının müdafiəsi ilə bağlı komitə yaradılıb

  • 12.09.2020
  • 0

Azərbaycan Turizm Assosiasiyasının tərkibində ölkədə ilk dəfə Turistlərin Hüquqlarının Müdafiəsi və Maarifləndirmə Komitəsi yaradılıb. Xezerxeber.az-ın məlumatına görə, yeni Komitə turistlərin üzləşdiyi problemlərin həllində onlara yaxından köməklik göstərəcək, üzləşdiyi çətinliklər və digər məsələlərlə bağlı suallarını cavablandıracaq, turistlərlə turizm şirkətləri arasında yaranan anlaşılmazlıqları aradan qaldırmaq üçün vasitəçilik edəcək. Turistlərin problemlərinin çevik şəkildə həlli üçün Komitəyə hüquqşunaslar cəlb ediləcək. Qurum mütəmadi olaraq yeni çıxan qərarları, təlimatları araşdıracaq, turistləri dərhal məlumatlandıracaq. Yaxın vaxtlarda Turistlərin Hüquqlarının Mudafiəsi və Maarifləndirilməsi Komitəsinin internet səhifəsi və "qaynar xətt"i də istifadəyə veriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?