Məktəblərdə tibb məntəqələri yaradılır

  • 11.09.2020
  • 0

Bütün məktəblərdə COVID-19 pandemiyası ilə bağlı kiçik məntəqələr olacaq. Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında verilib. Qeyd edilib ki, bu il kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək. Bütün siniflərdə ilk dərs pandemiya qaydalarına həsr olunacaq. Bildirilib ki, bütün məktəblər üçün hərarəti ölçmək üçün cihazlarlar və dezinfeksiya məhsulları alınıb. Şagirdlər hərarəti ölçülərək məktəbə buraxılacaq. Onların maska taxması isə məcburi deyil və istəsələr bu vasitələri alaraq könüllü istifadə edə bilərlər. Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maska taxmaq məcburi olacaq. Həmçinin vurğulanıb ki, hər məktəbdə COVID-19-la bağlı balaca məntəqələr olacaq. Təhsil Nazirliyinin yanında da Operativ Qərargah olacaq. Orada gündəlik yoluxanların statistikası aparılacaq və vəziyyətdən asılı olaraq lazımi addımlar atılacaq. Məktəblərdə bufetlər işləməyəcək. Şagirdlər məktəbə yemək gətirərək tənəffüs vaxtı sinifdə yeyə biləcəklər. Təhsil Nazirliyinin rəsmiləri valideynlərə müraciət edərək bildiriblər ki, səhhətində hər hansı problem, COVID-ə bənzər simptomlar olan şagirdi məktəbə gətirməsinlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?