90 UD 900: Qəzanı edən kim olub?

  • 11.09.2020
  • 0

Qəza zamanı 90 UD 900 DQN-lı avtomobilin sükanı arxasında kim olub? Bildiyiniz kimi 24 avqust tarixində 90 UD 900 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün piyadanı vurması ilə bağlı xəbər vermişdik. Xəbər bir çox saytlarda, sosil media ünvanlarında paylaşılmışdı. Təəssüf ki, bəzi media orqanları məsələnin təfərrüatlarını öyrənmədən əsassız məlumatlar paylaşıb, hadisənin 16 yaşlı yeniyetmə tərəfindən törədildiyini, vurulan şəxsin isə dünyasını dəyişdiyini qeyd etmişdilər. Biz isə YPX.AZ olaraq operativ xəbər vermək üçün bir başa zərər çəkən, vurulan şəxsin ailəsi ilə görüşdük. Zərər çəkmiş Namiq Əliyevin atası bildirdi ki, belə bir hadisə olub. Amma o təəssüf edir ki, onun oğlunun ölməyi haqqında əsassız olaraq məlumatlar paylaşıblar. Halbuki onun oğlu hal-hazırda xəstəxanada muailəcə alır. Səhhəti də stabildir. Hətta yaxın günlərdə müalicəsini ev şəraitində davam etdirmək üçün xəstəxanadan buraxılacaq. O, hətta bildirib ki, oğlunun haqqında yalandan çıxan ölüm xəbərini eşidən anasının halı pisləşib və o hal-hazırda ürəyindən muailəcə alır. Zərərçəkən şəxsin atası sonda onu bildirib ki, kaş belə hadisə olmayaydı. Amma artıq olan olub. Hadisə zamanı isə sükan arxasında 16 yaşlı yeniyetmə yox, 27-30 yaş arası şəxs olub. Dərhal da onun oğlunu xəstəxanaya çatdırıb. Həmin ailə isə bu günə qədər onun yanındadır və oğlunun bütün müalicə xərclərini qarşılayır. Bundan sonra isə atası oğluna görüntülü zəng etdi. Biz də YPX.AZ olaraq zərərçəkmiş Namiq Əliyev ilə görüntülu danışdıq. Namiq Əliyev də öz növbəsində onun haqqında yalandan ölüm xəbəri çıxmasına təəssüf etdiyini, səhhətinin yaxşılığa doğru dəyişdiyini bildirdi. Namiq Əliyev də hadisə zamanı sükan arxasında təxminən 27-30 yaş arası şəxsin olduğunu bildirdi. Bundan sonra isə YPX.AZ olaraq Namiq Əliyevin müalicə aldığı "Baku Medical Plaza" klinikasına yollandıq. Onun həkimi suallarımıza aydınlıq gətirdi. Bildirdi ki, 25 avqust tarixində başqa bir xəstəxanadan "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialının reanimasiya şöbəsinə Namiq Əliyev adlı pasient köçürülüb. Daxil olarkən sol tərəfli qabırğaların panel sınığı, sağ tərəfli birinci, ikinci qabırğanın döş sümüyündən ayrılması və sağ ayaq pəncəsində daraq sümüklərinin qırılması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül beyin simptomatikası da var idi. İlk günlər nəzarətdə saxlanılıb və beyin tərəfdən bir problem olmayıb. Hal-hazırda xəstənin vəziyyəti stabildir, normal həyatına dönüb, şüuru adekvatdır, normal qidalanır, ünsiyyətə girir. Yaxın günlərdə ailəsinə qovuşacaq". Daha sonra isə həkimin iştirakı ilə şəxsən Namiq Əliyevlə görüşdük. Həkimin dedikləri kimi zərərçəkmişin vəziyyətinin stabil olduğunu, şüurunun yerində olduğunu, normal ünsiyyətə girdiyini gördük. Yaxın günlərdə onun yaxınlarına qovuşacağı gözlənilir. Biz də YPX.AZ olaraq bir daha sürücü və piyadaları, bütün hərəkət iştirakçılarını yollarda maksimum diqqətli olmağa səsləyib, belə halların olmamasın, Namiq Əliyevin isə tezliklə sağalıb ailəsinə qovuşmasını arzu edirik.

Nə düşünürsən?