Bağçalarda yeni mövsümə hazırlıq prosesi nə yerdədir?

  • 11.09.2020
  • 0

Gəncədə bağçaların yeni mövsümə hazırlanması ilə bağlı canlanma müşahidə olunmur. Bağçaların əksəriyyətində hazırlıq tədbirlərinin görülməsi bir yana, heç qapıları açan belə yoxdur. Xezerxeber.az-ın məlumatına görə, bəzi bağçaların binaları və həyətlərinin baxımsız vəziyyəti onu göstərir ki, bu bağçalar karantin rejimindən çıxmağa tələsmir. Ancaq bəzi bağçalar qapılarını "Xəzər Xəbər"in üzünə açmaqdan çəkinmədi. Lənkəran şəhərində yerləşən bir neçə uşaq bağçasında çəkiliş apardıq. Burada bəzi bağçalarda dezinfeksiya işləri görülsə də, təmizlik işlərini yekunlaşdırmayanlara da rast gəldik. 190 uşağın təlim-tərbəyə aldığı Lənkəran şəhər 9 nömrəli körpələr evi-uşaq bağçasında da təmizilk işlərinə sentyabrın 1-dən etibarən başlanıb. Bərdədəki bağçalarda da təmizlik işlərinə başlanıb. Verilən məlumata görə, rayon ərazisində bağçalar demək olar ki, hazır vəziyyətə gətirilib. 10 saylı körpələr evi-uşaq bağçasından bildirilib ki, dezinfeksiya işləri yekunlaşıb. Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri ilə Abşeron rayonu istisna olmaqla, digər rayon və şəhərlərdə bağçalar fəaliyyətlərini sentyabrın 15-də bərpa edəcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?