Yarıçılpaq poz verdi; 53 protokol yazıldı - İkinci video

  • 11.09.2020
  • 0

Şəhərin mərkəzi küçələrində avtomobilin üzərində yarıçılpaq vəziyyətdə uzanıb kameraya poza verən şəxsin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Perm şəhərində qeydə alınıb. Kadrlarda, “Niva”nın kapotuna uzanılı halda yarıçılpaq şəxsin yapışdırıcı lentlə bağlandığı və öndə gedən avtomobilin pəncərəsindən əlində kamera ilə çıxan bir sərnişinin onu çəkdiyi görülür. Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumatına görə, özlərini və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan və yol hərəkəti qaydalarını kobud şəkildə pozan hər iki avtomobilin sürücüsü və sərnişinləri saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq barələrində 53 protokol tərtib edilib. Namiq Musayev

Nə düşünürsən?