Ziya Bünyadov prospektində təhlükə yaradanlar.

  • 11.09.2020
  • 0

11 sentyabr tarixində Ziya Bünyadov prospektində özlərinə və ətrafdakılara təhlükə yaşadan sürücülər YPX.AZ kameralarına düşüb. 10 ZP 307 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü zolaqlar üzrə necə gəldi yerdəyişmə edir, yerdəyişmə zamanı dönmə işıqlarından istifadə etmir, qəfil digər zolaqdakı sürücülərin qarşısına çıxır. Bu avtomobillərin kifayət qədər hündür olduğundan belə qəfil yerdəyişmələr zamanı hər an aşma ehtimalı var. Görünür ki, özünün və digərlərinin həyatına təhlükə yaşatmaq bu sürücü üçün adi haldır. 99 UV 168 dövlət qeydiyyat nişanlı Toyota markalı avtomobilin sürücüsü də yuxarıda qeyd etdiyimiz sürücüdən geri qalmır. Sanki avtomobildə dönmə işıqları və yan güzgülər lazımsız bir detalmış kimi bu sürücü də tez-tez zolaqlar arasında yerdəyişmə edir, digər sürücülərin qarşısına çıxır. Yaşatdığı təhlükədən sonra isə ən azı üzrxahlıq etməz əvəzinə "belə də olmalı imiş" kimi yoluna davam edir. Görünən odur ki, belə sürücülər yalnız cərimə olunmaq hesabına qaydalara əməl edib, ətraflarına diqqətli olacaq.

Nə düşünürsən?