Bu kənddə manyak peyda olub: "Qorxu içində yaşayırıq"

  • 11.09.2020
  • 0

Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxs əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar. BiG.AZ xəbər verir ki, Arb bununla bağlı geniş süjet hazırlayıb. “60 ildir, bu kənddə yaşayıram, 80 yaşım var. Mən bu qədər qorxu ilə yaşamamışam. Bir də görürsən gəldi, itlərim hürüşür, çıxıram çölə, görürəm hündür, ayaq nə boyda. Neçə dəfə qovulub, şiferin üstündə gəzib narahat edir nəvəmi-nəticəmi, körpə uşaqlarımı. Yaşaya bilmirik. Qorxu içində yaşayırıq”, - deyə kənd sakini Güldəstə Əzizova bildirib.

Nə düşünürsən?