Azərbaycanda ixrac stimullaşdırılır

  • 10.09.2020
  • 0

İxracın təşviqi mexanizminə əsasən sahibkarlara 23,2 mln. azn ödənilib Bu il qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətdən 627-nə müsbət cavab verilib. 8 ay ərzində 111 milyon dollarlıq məhsul ixrac edilib. İxrac təşviqinin məbləği isə 6 milyon 300 min manat olub. ixracın təşviqi nədir. Bu, gömrük bəyannaməsində göstərilmiş gömrük dəyərinin bir hissəsinin ixracatçıya geri ödənilməsi mexanizmidir. İxrac təşviqi məhsulun geri qaytarılmaq öhdəliyi olmadan gömrükdən çıxarılmaqla faktiki ixrac edilən bir sıra qeyri-neft məhsullarına şamil olunur. Siyahıya quş yumurtası, təbii bal, qabığı təmizlənmiş, həmçinin emal olunmuş fındıq, xurma, nar, zeytun yağı, unlu qənnadı məmulatları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə və tərəvəzlər, onlardan şirələr, alkoqollu və alkoqolsuz içkilər, Naftalan mazı, təbii dəridən geyim əşyaları, ayaqqabı və digər məmulatlar, əllə toxunmuş xalçalar, ipək parçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları daxildir. Hazırda ixrac təşviqinin ödənilməsi prosesinin elektronlaşdırılması üzərində iş aparılır.

Nə düşünürsən?