Bakıda yeni piyada keçidləri tikilir

  • 10.09.2020
  • 5 baxış
  • 0

Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yeni yerüstü piyada keçidi tikilir. Xezerxeber.az-ın məlumatına görə, yeni yerüstü piyada keçidində liftlər quraşdırılacaq. İnşası yekunlaşmaq üzrə olan keçidlərdən biri də Binəqədi rayonu, Azadlıq prospektində yerləşir. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki,indiyədək ölkə ərazisində piyadaların rahatlığı və təhlükəsiziliyini təmin etmək üçün xeyli işlər görülüb. Müasir standartlara cavab verən yeraltı və yerüstü piyada keçidləri tikilərək onların istifadəsinə verilib. Bakı şəhərində 113 piyada keçidi inşa edilib.Onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçididir. Respublika əhəmiyyətli magistral yollarda da 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Quba, Zaqatala və Qəbələ rayonları ərazisində 3 piyada keçidi tikilərək piyadaların ixtiyarına verilib. Ümumilikdə isə bu günədək ölkədə 180 ədəd piyada keçidi inşa edilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?