Məktəblərdə bu qadağa tətbiq olunacaq

Məktəblərdə bu qadağa tətbiq olunacaq

  • 10.09.2020
  • 221 baxış
  • 0

Təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib. Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib. Qaydalara əsasən, internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.

Nə düşünürsən?