Allahşükür Paşazadənin Nobel mükafatına namizədliyi rəsmiləşdi

  • 10.09.2020
  • 0

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi təsdiqlənib. Xezerxeber.az-ın məlumatına görə, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərov bildirib ki, bu mükafat elm adamlarına və ictimai xadimlərə verilir. Namizədlər də hər regiondakı ekspert qrupu tərəfindən müəyyən edilir və sənədlər toplanaraq Nobel komitəsinə təqdim olunur. Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Birinci dəfə texniki səhv ucbatından sənədlər qəbul olunmayıb. Bu dəfə isə onun namizədliyi təsdiqlənib. İndiyədək 896 nəfər Nobel Sülh Mükafatına sahib olub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?