Teplovoz dəmir yol keçidində sərnişin avtobusunu vurub sürüdü

  • 10.09.2020
  • 589 baxış
  • 0

Rusiyanın Tver şəhərində teplovozun və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Dubrovka kəndi ərazisində qeydə alınıb. Kadrlarda, avtobus sürücüsünün dəmir yol keçidində “Stop” işarəsini görərək yavaşladığı, ancaq teplovozun yaxınlaşmasına baxmayaraq, naməlum səbəblərdən hərəkətə davam etdiyi görülür. Bundan sonra toqquşma baş verir. Zərbənin təsirindən avtobus bir neçə metr sürüklənir. Xoşbəxtlikdən qəza zamanı sürücü xəsarət almayıb və avtobusda ondan başqa heç kəs olmayıb. Namiq Musayev

Nə düşünürsən?