Vətəndaşları çaşdıranlar məsuliyyətə cəlb olunacaq

  • 10.09.2020
  • 0

Endirim kampaniyaları ilə vətəndaşları çaşdıran və reklam qanunvericiliyinin tələblərini pozan sahibkarlar məsuliyyətə cəlb olunacaq. Xezerxeber.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı bir sıra neqativ hallar aşkar edilib. Müəyyən edilib ki, bəzi hallarda endirimlərlə bağlı düzgün məlumat verilməyib. Bu vəziyyət istehlakçılar arasında çaşqınlığa səbəb olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızının sözlərinə görə, endirim kampaniyaları barədə məlumatlar tam dəqiq olmalıdır. Hər bir sahibkar qanun pozuntusuna yol verməmək üçün reklam verərkən mütləq qaydada bəzi məlumatların göstərilməsini təmin etməlidirlər. Vətəndaşlar çaşqınlığa səbəb olan, onları aldatmaga yönəlik kampaniyalarla rastlaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?