Su problemi bu yolla həll ediləcək

  • 10.09.2020
  • 0

Problem magistral su xəttinin çəkilişi ilə həll olunacaq Xəzər rayonu Qala qəsəbəsinin Xaşaxuna qəsəbəsində aylardır quraqlıq hökm sürür. İndiki halda nə göydən düşən yağışın, nə quyudan çıxarılan suyun sakinlərin dərdinə çarəsi yoxdur. Sakinlər illərdir ehtiyaclarını quyudan çıxardıqları su ilə təmin etsələr də indiki halda bu quyu dibində qu desən qulaq tutular. Çünki quyudan belə su çıxmır.. Sakinlər gözlərini ayda ildə bir dəfə əraziyə gələn su maşınının yoluna dikiblər. Hərçənd yol məsələsi özü belə Xaşaxunada həllini gözləyən problemlərdən biridir. Lakin indiki halda sakinlərə, elə bitkilərə də daha çox su lazımdır. Xaşaxunanın su problemindən aidiyyatı qurum kimi Azərsu Açıq Səhmdar Cəmiyyətində də məlumatlıdırlar .Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıılı şikayət olunan ərazi ilə bağli bildirdi ki, həmin istiqamətə yeni magistiral su xətti çəkildikdən sonra, sakilər su ilə təmin oluncaqlar. Məskunlaşma ildən-ilə artdığından əraziyə su xətlərinin çəkilməsi çətinləşir. Təbii ki yaşayış massivinə su çəkilişi asan məsələ deyil. Vaxt da lazımdır, vəsait də. Əsas odur ki, problem diqqətdə saxlanılır və aradan qaldırılması istiqamətində işlərə start verilib.

Nə düşünürsən?