Beyrut limanı yanır

  • 10.09.2020
  • 0

Livanın paytaxtındakı Beyrut limanında yanğın olub. Bölgədəki neft və təkər deposu yanıb. Şəhərin səmasını qara duman bürüyüb. İtkilər barədə məlumat yoxdur. Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olmuş, 6 minə yaxını yaralanmışdı. Şəhər infrastrukturunun yarısından çoxu zərər görmüşdü.

Nə düşünürsən?