Naməlum şəxs lift gözləyən 17 yaşlı qızı bıçaqladı - VİDEO (+ 21)

  • 10.09.2020
  • 0

Rusiyanın Yekaterinburq şəhərində naməlum şəxs 17 yaşlı qızı bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri Şiokoy Reçke rayonunun Soboleva küçəsində yerləşən binaların birində qeydə alınıb. Bu barədə “E1.ru” məlumat verib. Kadrlarda, bir qadın, biri kişi olmaqla iki şəxsin binanın girişinə daxil olduqları və onlardan birinin liftin gəlməsini gözlədiyini, digərinin isə pilləkənlərlə qalxdığı görülür. Bundan sonra kişi qəfildən geri qayıdır və qıza arxadan iki bıçaq zərbəsi endirərək oradan uzaqlaşır. Qız isə zərbənin təsirindən yerə yıxılır. Hadisədən sonra zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. O, həkimlər tərəfindən bir neçə dəfə cərrahi əməliyyat olunub. Əməliyyat zamanı qızın bir böyrəyi və bağırsağının bir neçə santimetri kəsilərək götürülüb. Hazırda o, komadadır, həyatda qalama mübarizəsi aparır. Namiq Musayev

Nə düşünürsən?