Avropa Məhkəməsinin Səfərovla bağlı qərarı erməniləri ŞOK etdi

  • 10.09.2020
  • 0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! Azərbaycan mediasının verdiyi məlumata görə Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərova qarşı iddiasını rədd edib. İki ərizəçinin – Budapeştdə öldürülən erməni zabiti Qurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı iddiası təmin edilməyib. Məsələni Yeni Kanal internet televiziyasına şərh edən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bu qərarı təqdir edərək onun ədalətli olduğunu söyləyib. Mübariz Göyüşlünün sözlərinə görə qəbul edilən qərar Azərbaycan dövləti tərəfindən erməni yalanlarının ifşasının nəticəsidir. Müasir İnkişaf Birliyinin sədri ermənilərin artıq Avropada da özlərinə, söylədikləri yalanlara dəstək qazana bilmədiklərini vurğulayıb. Mübariz Göyüşlü bildirib ki, Azərbaycanın qəhrəman övladı Ramil Səfərovun bu hadisəni necə və hansı şəraitdə törədiyi hər kəsə yaxşı məlumdur. “Hər zaman öldürməyə, törətdikləri ölümlərlə, faciələrlə, işğallarla qürrələnməyə çalışan ermənilər artıq qarşılarında adekvat cavablar gördükcə daha da aqressivləşirlər” – deyən Mübariz Göyüşlü deyib ki, Ramil Səfərov bayrağını, Vətəninin namusunu, zabit şərəfini xilas etmək üçün erməni zabiti Qurgen Markaryana lazım olduğu cəzanı verib. Mübariz Göyüşlünün sözlərinə görə məhz buna görə də Avropa Məhkəməsi Qurgen Markaryanın qətlini Ramilin şəxsi hərəkəti kimi qiymətləndirərək hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib. Digər məhkəmə qərarında isə Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd edildiyi göstərilib. Sitat: “Avropa Şurası Parlament Assambleyasının iclası da keçirildi, bu məsələ, eləcə də ötən ay Tovuzda baş verən erməni təxribatı və digər məsələlər orada da müzakirə olundu. İclasda erməni yalanları ifşa edildi. Hesab edirəm ki, bütün bunlar erməni yalanlarına növbəti zərbə oldu”. Sitatın sonu.

Nə düşünürsən?