Polis silahlı şəxsi tutdu

  • 09.09.2020
  • 0

Sabirabad sakinindən 14 kiloqram qurudulmuş marixuana və odlu silah götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Cəngan kənd sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Şahin Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətindən xüsusi qulluq edərək yetişdirdiyi 27 ədəd narkotik tərkibli çətənə kolu və çəkisi 14 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Şahin Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd ov tüfəngi də maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nə düşünürsən?