Daha 175 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

  • 09.09.2020
  • 0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub".

Nə düşünürsən?