Sumqayıtda ögey ata azyaşlı qızına işgəncə verir

  • 09.09.2020
  • 0

YPX.AZ qaynar xəttinə videogörüntü göndərən şəxs bildirib ki, Sumqayıtda qonşuluğunda olan azyaşlı qıza ögey atası isgəncə verir. Məsələ ilə bağlı qonşular 102 qaynar xəttinə zəng vurduqları bildiriblər. Hadisə ilə bağlı əraziyə polis əməkdaşları da gəlib, lakin onlar bildiriblər ki, işgəncə faktı ilə bağlı uşağın anası ekspertə müraciət etməsə onlar heç nə edə bilməz. Videogörüntüdə azyaşlı qızın özü danışdırılan zaman ögey atasının bıçağı qızdırıb onun əlini yandırdığı, başına zərbə vurduğunu bildirir. Aidiyyatı qurumlardan bu həssas mövzuya operativ nəzarət etməyi xahiş edirik.

Nə düşünürsən?