Restoranların qapalı məkanlarında xidmət başlandı

  • 08.09.2020
  • 0

Bu gündən etibarən karantin qaydalarının növbəti dəfə yumşaldılması çərçivəsində restoran və kafelərin qapalı hissələrində də müştərilərə xidmət göstərilməyə başlanıb. Amma xidmət zamanı müəyyən şərtlərə əməl edilməlidir. Məsələn, masalar arasında məsafə 2, oturacaqlar arasında isə 1 metr olmalıdır. Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn tələblərin icrası ilə bağlı ictimai-iaşə müəssisələrində maarifləndirici monitorinqlər keçirilib. Agentliyin şöbə müdiri Əkbər Əliyev deyib ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Agentliyin şöbə müdiri bildirib ki, hər bir obyekt sahibi qoyulan tələblərə həssas yanaşmalı, qaydalara birmənalı olaraq əməl etməlidir. Əks halda yoluxma yenə artacaq və ard-arda məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edək ki, AQTA tərəfindən könüllü qida nəzarətçiləri ərazilərə göndərilir və onlar da maarifləndirmə işləri aparırlar. Obyekt sahiblərinə sıxlıq normalarının hesablanması izah edilir. Xatırladaq ki, bu gündən etibarən kafe və restoranların qapalı hissələri də daxil olmaqla gecə saat 00:00-a qədər fəaliyyətinə icazə verilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?