Bakıda qadının biabırçı hərəkəti gizli kameraya düşdü

  • 08.09.2020
  • 0

Bakıda gözəllik salonlarında oğurluq hadisələri baş verir. AZXEBER.COM-a göndərilən görüntülər iki müxtəlif gözəllik salonunun təhlükəsizlik kameralarının lentə aldığı kadrlardır. Görüntülərdən də göründüyü kimi müştəri kimi salonlara daxil olan qadın digər müştərilərin çantalarının olduğu yerə yaxınlaşır. Ətrafdakıların nəzərinin üzərində olmadığını görəndən sonra isə öz əməlini davam etdirir və vətəndaşların pul kisələrini oğurlayır. Məlumata görə sözgüdən qadın hazırda müxtəlif rayonların ərazilərində olan gözəllik salonlarında oğurluq hadisələri törədib. Həmin görüntüləri təqdim edirik: