Gəlin və qayınana həbs edildi - Şok səbəb

  • 08.09.2020
  • 0

Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən şəxslər saxlanılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva yaxalanıb. Oxu24.com-un verdiyi məlumata görə, saxlanılan şəxslər Biləsuvar rayonunun Ağayrı kənd sakini olan qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçiriblər. Onlar zərərçəkmiş şəxsə bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalarla həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pullarını və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib. Faktlarla bağlı istintaq davam edir.