Toy mərasimlərinin keçirilməsi ilə bağlı vacib xəbər

  • 08.09.2020
  • 0

''Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirir''. Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Rəşad Mahmudov səsləndirib. Onun sözlərinə görə, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və nəzarət mexanizmlərinin qurulması şərti ilə baş tuta bilər. O bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşlara zərər vermədən mərasimlərin keçirilməsinə imkan yaradılmalıdır. Rəşad Mahmudov qeyd edib ki, toy və nişan mərasimlərinə icazə veriləcəyi təqdirdə insanlar virusa yoluxmamaq üçün ehtiyatlı davranmalı, reallıqları nəzərə almalıdırlar. Keçiriləcək mərasimlərə dəvət olunacaq qonaqların sayının az olması əsas şərtlərdən biri olmalıdır. Millət vəkili hesab edir ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. ''Təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməliyik. Toy və mərasimlərlə bağlı son qərar təbii ki, Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək'',-deyə Rəşad Mahmudov vurğulayıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?