Ali məktəblərə qəbul şərtlərində dəyişiklik olacaq?

  • 08.09.2020
  • 0

Bu il ali təhsil müəssisələrinə qəbul şərtlərində hər hansı güzəştin edilməsi nəzərdə tutulmayıb. Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. Məleykə Abbaszadə bu il 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının 1 qrup üzrə ötən ildən 54 nəfər çox, yəni 607 nəfər, II qrup üzrə 189 nəfər çox, yəni 404 nəfər, III qrup üzrə 54 nəfər az, yəni 550 nəfər, IV qrup üzrə isə 25 nəfər az, yəni 353 nəfər olduğunu bildirib. DİM rəhbəri II qrupdan başqa bütün qruplar üzrə abituriyentlərin orta göstəricisinin ötən ilə nisbətdə çox olduğunu bildirib. O, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçiminin sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacağını açıqlayıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?