Hotellərdə karantin qaydalarına əməl edilir?

  • 08.09.2020
  • 0

Hotellərin karantin qaydalarına necə əməl etmələri ilə bağlı aparılan monitorinqlərin nəticələri məlum olub. Ölkə üzrə 600-ə yaxın oteldən 250-də yoxlamalar olub. Nəticədə bir sıra otellərə "sahman" nişanı verilib. Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam deyib. O qeyd edib ki, monitorinqin əvvəlində hotellərin qaydalara əməl etmə göstəriciləri 45% idi, sonradan bu rəqəm artaraq 75% olub. Günay Sağlam yoxlamaların bundan sonra da davam etdiriləcəyini qeyd edib. Qurum rəsmisi bildirib ki, rayonlara gediş-gəlişin bərpa edilməsində nəzərdə tutulmuş qaydalara daha ciddi əməl edilməlidir. Çünki insanların bölgələrə axın edəcəyi gözlənilir. Mehmanxanalarda sanitar gigiyenik qaydalara əməl edilməli, girişdə hərarət ölçülməli, dezinfeksiya vasitələrindən istifadə olunmalı, xidməti heyət qoruyucu vasitələrlə təmin edilməldir. Bununla yanaşı hər bir oteldə sanitar tələblərə cavab verən karantin otağı olmalıdır. Virusun aşkar edildiyi işçi və ya qonaq bu otaqda karantinə alınmalı, TƏBİB-lə əlaqə saxlandıqdan sonra həmin şəxs ən yaxın sağlamlıq mərkəzinə çatdırılmalıdır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?