İlham Əliyev Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi

  • 08.09.2020
  • 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: “Komissiyanın sədri Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Komissiyanın üzvləri Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru Komissiyanın katibi Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, bunadək Komissiyaya sədrliyi Ramiz Mehdiyev edirdi.

Nə düşünürsən?