Daha 139 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Daha 139 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

  • 08.09.2020
  • 385 baxış
  • 0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 37 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 798, bu günə qədər isə ümumilikdə 973 838 test icra olunub".

Nə düşünürsən?