Messi ilk məşqinə çıxdı

  • 08.09.2020
  • 0

"Mançester Siti”yə transferi gözlənilən argentinalı ulduz Lionel Messi "Barselona” ilə məşqə çıxıb. Yeni mövsümdən əvvəl komandası ilə ilk məşqini edən Messi əvvəlcə COVID-19 testindən keçirilib. Bu, onun həm də "Barselona”nın yeni baş məşqçisi Ronald Koemanın idarəçiliyindəki ilk məşqi olub. Qeyd edək ki, ulduzu "Barselona” ilə parlayan 33 yaşlı futbolçu 25 avqustda komandadan ayrılmaq istədiyini dilə gətirmiş, lakin klubun 700 milyon avro qarşılığında sərbəst qalma şərtinə görə bu qərarından imtina etmişdi.

Nə düşünürsən?