2 futbolçu İngiltərə millisindən kənarlaşdırıldı

  • 07.09.2020
  • 1.6K baxış
  • 0

İngiltərə futbolunda skandallar davam edir. Offsideplus.az xəbər verir ki, Fil Foden və Meyson Grinvud millidən uzaqlaşdırılıblar. Buna səbəb hər iki oyunçunun karantin qaydalarını pozaraq Reykyavikdə gecə səhərə qədəe qızlarla əylənməsi olub. Ulduz futbolçular milli ilə yerləşdikləri otelə gizlincə qız gətiriblər. Yaşanan hadisə "gizli qonaqlar"ın sosial media hesablarında etdiyi paylaşımlardan sonra üzə çıxıb. Hər 2 oyunçu milli ilə İslandiyadan Danimarkaya səfər etməyəcək. Oyunçular xüsusi təyyarə ilə İngiltərəyə geri qayıdacaq. Otelə gələn qadınların yayımladığı videoda futbolçular İngiltərə millisinin məşq etdiyi formalarda olublar. Qadınlardan biri qadağalardan xəbərsiz olduqlarını deyib: "Bizim qadağalardan xəbərimiz yox idi. Bizə bu barədə bir söz deyilməyib. Video yayımlamamalı olduğumuzu bilmirdik". İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu barədə rəsmi açıqlama verib.

Nə düşünürsən?