Azərbaycan Ermənistanın silah anbarın vurdu

  • 07.09.2020
  • 3.5K baxış
  • 0

İyul ayının ortalarında Tovuz rayonu istiqamətində – Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun tabeliyindəki 540-cı atıcı alayın qərargah binası və sursat anbarı da məhv edilib. Metbuat.az azeridefens.com-a istinadən xəbər verir ki, bu günlərdə yayımlanan peyk görüntülərinin video analizində bu aydın görünür. "Google Maps" üzərindən hərbi hissənin xaç şəkilli binası və sursat anbarındakı böyük dağıntı izlərini görmək mümkündür. Məlumatlara görə, "Harop” kamikadze PUA-sı ilə vurulan sursat anbarı cəbhə xəttinin 7 km dərinliyində yerləşir. Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel döyüşlərində həyata keçirilən "Harop” atışları zamanı da düşmənə ağır zərbələr vurulmuş, çox sayda canlı qüvvə, hərbi texnika və komanda-idarəetmə məntəqəsi daxil olmaqla hərbi obyektləri məhv edilmişdi.A

Nə düşünürsən?