Cokoviç hakimi topla vurduğuna görə ağır cəzalandı

  • 07.09.2020
  • 0

Dünya reytinqində ilk pillədə qərarlaşan tennisçisi Novak Cokoviç xətt hakimini topla vurduğuna görə ABŞ-ın Açıq çempionatından (US Open) diskvalifikasiya edilib. Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi 1/8 finalda ispaniyalı Pablo Karrenyo-Busta ilə görüşün birinci setində 5:6 hesabı ilə geridə olarkən raketkası ilə topu meydanın kənarına sərt şəkildə vurub və top hakimə dəyib. Turnir təşkilatçıları Cokoviçin US Opendə qazandığı bütün reytinq xallarını itirəcəyini və pul cəriməsi ödəyəcəyini açıqlayıb. Qeyd edək ki, Novak Cokoviç XXI əsrdə Böyük Dəbilqə turnirində (kişilərin fərdi yarışında) diskvalifikasiya edilən ilk tennisçidir.

Nə düşünürsən?