Yaşanılması mümkün olmayan şəraitdə yaşayanlar

  • 07.09.2020
  • 0

Suraxanı rayonu, Xanlar Ələkbərov 43 ünvanında yaşayan sakinlər yaşaya bilmədiklərindən şikayət edir. Onlar bildirir ki, ərazinin bir hissəsi plana düşüb və söküləcək və hətta söküntü işləri başlayıb. Digər hissənin taleyi isə müəmmalı qalıb. Bu toz-torpağın, səs-küyün içində yaşamaq mümkün deyil. Digər tərəfdən də ərazidə üfunət iyi antisanitariya vəziyyətinə gətirib çıxarır. Sakinlər bütün səlahiyyətlı şəxslərdən, dövlət qurumlarından xahiş edir ki, mümkün olduqca məsələni həll etsinlər.

Nə düşünürsən?