Qayda pozan sürücüyə şikayət əsasında protokol yazıldı

  • 07.09.2020
  • 0

6 sentyabr 16:09 radələrində YPX.AZ saytının baş redaktoru Kənan Məmmədov Babək prospektində avtomobili ilə hərəkət edən zaman 99 UM 486 dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sürücüsü ona təhlükə yaşadıb, birtərəfli yolda manevr etmə və yerdəyişmə qaydalarını pozub. Videogörüntüdən görünür ki, qayda pozan sürücü o qədər təhlükəli manevr edib ki, hətta Kənan Məmmədov əyləci basmasa sürücü yük avtomobilinin altına girə bilərdi. Qayda pozan sürücünün heç bir üzrxahlıq etməməsi isə məsələnin başqa bir tərəfidir. Hadisənin bir neçə metrliyində Kənan Məmmədov 99 YP 293 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət edən YPX əməkdaşlarını görüb və həmin qayda pozan sürücüyə saxlama əmri verməsini xahiş edib. Qayda pozan sürücü saxlanıldıqdan sonra isə baş redaktorumuz avtomobilində olan videoregistratordakı görüntüləri əməkdaşa təqdim edib. Əməkdaş Elvir Malıyev qayda pozuntusunun görüntüsü ilə tanış olduqdan sonra baş redaktorumuzun haqlı şikayətini görüb və sübut əsasında qayda pozan sürücüyə protokol tərtib edib. Biz də YPX.AZ olaraq bütün sürücülərə qaydalara əməl etməyi, digər hərəkət iştirakçılarına təhlükə yaşatmamağı tövsiyə edirik. YPX əməkdaşı Elvir Maliyevə isə operativ fəaliyyətinə görə öz təşəkkürümüzü bildiririk.

Nə düşünürsən?