Paşinyanın təxribat dolu davranışları

  • 07.09.2020
  • 199 baxış
  • 0

Rusiya mediasında son aylar Azərbaycan-Ermənistan sərhədində artan gərginlik fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı davranışları, xüsusilə onun Azərbaycanın işğal olunmuş rayonlarına səfər edərək qondarma rejiminin rəhbərliyi ilə keçirdiyi görüşlər tənqid edilib. Lenta.ru portalı, eləcə də ''Nezavisimaya Qazeta''-da dərc edilən analitik məqalələrdə bu cür addımların danışıqlar prosesini bir-başa pozmağa və Ermənistanda əhalinin diqqətini ölkədəki iqtisadi problemlərdən yayındırmağa hesablandığı vurğulanıb. Rusiya mediasında Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlər atdığı təxribat dolu davranışları kəskin tənqid edilib Belə ki, Lent.ru portalı, eləcə də ''Nezavisimaya qazeta'' nəşrində Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kölgə salan addımları pislənib. Mətbuat Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək təxribat xarakterli çıxışlar etməsini, onun bilərəkdən danışıqlar prosesini pozması kimi qiymətləndirib. Qeyd edilib ki, Baş nazir bununla ilk növbədə əhalinin diqqətini ölkədə baş alıb gedən iqtisadi problemlərdən yayındırmaq niyyətini güdür. "Ermənistan hakimiyyətinin təcavüzkar davranışları və silahlı ritorikanın əsas məqsədi əhalinin diqqətini daxili siyasi və iqtisadi problemlərdən yayındırmaqdır. Bu, həm də Baş nazirin reytinqinin kəskin enməsinin göstəricisidir" - deyə Lenta.ru saytı yazıb. Rusiya mətbuatı erməni baş nazirin avqustun 29-da azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejim ərazisinə səfər etməsindən bəhs edib. "Nikol Paşinyanın səfəri son aylar cəbhədə artan gərginlik fonunda və Azərbaycan üçün həssas bir gündə - 30 avqustda Qubadlının işğalı tarixində reallaşdı" - deyə Nezavisimaya qazetada dərc edilən məqalədə qeyd edilib. Həmçinin, vurğulanıb ki, Baş nazir qondarma respublikanın rəhbəri Arayik Arutunyanla görüşərək hərbi əməkdaşlığı müzakirə etməklə vəziyyəti daha da gərginləşdirir.. Məqalədə vurğulanıb ki, ermənistan başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini öz tərəfinə çəkmək istəyir. ''Amma onların bu cəhdləri uğursuzdur''-deyə yazıda vurğulanıb. Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyət də medianın əsas tənqid hədəflərindən olub. Qeyd edilib ki, kəşfiyyat komandirinin Goranboy rayonu istiqamətində Azərbaycan tərəfinə əsir düşməsi bu ölkənin ordusunda niza-intizamın və döyüş hazırlığının aşağı səviyyədə olmasının göstəricisidir. Millət vəkili Arzu Nağıyev də məsələyə münasibət bildirib. Deputat deyir ki, Rusiya mediyasında ermənistan həqiqətlərini əks etdirən məqlalələrin dərc edilməsi gözlənilən idi. Çünki, Paşinyan rejiminin davranışları və ordudakı mövcud vəziyyət bütün bu tənqidləri qaçılmaz edir. Arzu Nağıyev qeyd edir ki, Paşinyan rejimi qarabağ kartından istifadə etməklə həm işğalçılıq siyasətini davam etdirir, həm də əhalinin diqqətini əsas daxili problemlərdən yayındırmağa çalışır. Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusunun gündən günə güclənməsi, eyni zamanda Türkiyə ordusu ilə birgə keçirilən hərbi təlimlər də son vaxtlar Ermənistan hakimiyyətini təşvişə salan mühüm amillərdəndir.

Nə düşünürsən?