Azərbaycanda qədim küp qəbirlər tapılıb

  • 06.09.2020
  • 0

Tərtərdə qazıntı işləri zamanı qədimi küp qəbirlər aşkar olunub. Qəbirlərin yanında müxtəlif əşyalar da üzə çıxıb. Qədim qəbirlərdə ana və balanın dəfn edildiyi ehtimal olunur. Tərtər rayonunda qazıntı işləri zamanı küp qəbirlər aşkar olunub. Rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub. Ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb. Həmin əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal edilir. Bundan əlavə qəbirlərin yanında müxtəlif bəzək və digər istifadə edilən əşyalar da aşkarlanıb. Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Nə düşünürsən?