6 sentyabr: TƏBİB məlumat yaydı!

  • 06.09.2020
  • 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 6-na olan statistik göstəriciləri açıqlayıb. BAKU.WS xəbər verir ki, hazırda ölkədə 2 076 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 130 nəfər reanimasiyada, 11 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 37 329 nəfər virusa yoluxub, 34 705 nəfər sağalıb. Qeyd olunub ki, bu gün 6 612 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 963 104 test aparılıb. Qeyd edək ki, bu gün 137 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 140 nəfər sağalıb.

Nə düşünürsən?