Sumqayıtda ağır yol qəzası: 7 nəfər yaralandı

  • 06.09.2020
  • 0

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı, Əlizadə Rövşən Babək oğlu, Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğludur Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?