Taksi sürücüsünü döyüb avtomobilini qaçırdılar

  • 06.09.2020
  • 0

Rusiyanın Nijnem Novqorod şəhərində taksi sürücüsünü döyən iki yeniyetmə, onun avtomobilini qaçıraraq qəza törədiblər. Avtosfer.az xəbər verir ki, insident “Oktyabr” prospektində baş verib. Məlumata görə, 17 yaşlı iki şəxs 52 yaşlı taksi sürücüsünü avtomobildən çıxararaq yerə yıxıblar və təpikləməyə başlayıblar. Bundan sonra yeniyetmələr sürücüdən maşının açarlarını tələb ediblər, lakin o, açarı verməkdən imtina edib. Ardınca onlar sürücünü yenidən döyərək cibindən açarı götürüblər və avtomobillə hadisə yerindən uzaqlaşıblar. Ancaq çox uzağa gedə bilməyiblər, bir müddət sonra qəzaya törədiblər və avtomobili hadisə yerində tərk edərək oradan da qaçıblar. Şübhəlilər, polis əməkdaşları tərəfindən isti izlərlə saxlanılıblar. Cinayətkarlardan biri məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Ağır xəsarətlər alan sürücü isə, xəstəxanaya yerləşdirilib. Namiq Musayev

Nə düşünürsən?