Gediş-gəlişin bərpası turizmin inkişafına təkan verəcək

  • 05.09.2020
  • 6 baxış
  • 0

Məlum olduğu kimi iki gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır. Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək. Xezerxeber.az-ın məlumatına görə, bu qərar xüsusən bölgələrdəki otellərin fəaliyyətində yenidən canlanmaya səbəb olacaq. Mütəxəssislərin fikrincə, gediş-gəlişlə bağlı məhdudiyyətlərin aradan qaldırılması rayonlara üz tutan turistlərin sayını artıracaq. Ekspert Rəhman Quliyev düşünür ki, bu yumşaldılma daxili turizmin yenidən canlanmasına təkan verəcək. Odur ki, otellərdə turistlərin təhlükəsizliyinin tam təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?