Sərnişin qatarı TIR-ı iki hissəyə böldü

  • 05.09.2020
  • 2.4K baxış
  • 0

Hollandiyanın Limburq əyalətində sərnişin qatarının yük maşınına çırpılma anının görünütləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Rurmond şəhərində qeydə alınıb. Kadrlarda, yük maşınının dəmir yol keçidində relslərin üzərində qaldığı və sürücünün uzaqdan gələn sərnişin qatarını görərək maşinistə əli ilə xəbərdarlıq işarələri etdiyi görülür. Lakin maşinist əyləcə sıxsa da, qatar sürətlə hərəkət etdiyindən saxlamaq mümkün olmayıb və sürüşərək yük maşınına çırpılıb. Zərbənin təsirindən TIR iki hissəyə bölünüb. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində qatarın iki sərnişini xəsarətlər alıb. Namiq Musayev

Nə düşünürsən?