Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb. Sfera.az xəbər verir ki, hazırda xəstələrin 131-i reanimasiyadadır. Məlumata görə, 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. Ümumilikdə 2 082 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 192 nəfərə, sağalanların sayı 34 565 nəfərə, vəfat edənlərin sayı isə 545 nəfərə çatıb.