Posta çatmamış görünməyən nişan

  • 05.09.2020
  • 0

Bakı Sumqayıt yolunun DYP Saray postuna qədər hissəsində maksimum sürət həddi 90 km/saatdır. Posta yaxınlaşan zaman isə sürət həddi 70 km/saata düşür. Lakin sürücülər ilk 70 km/saat nişanını fiziki olaraq görə bilmirlər. Çünki həmin nişan ağaclar arasında gizlənib. Posta 400-500 metr məsafədə səlahiyyətli şəxslərin bunu görə bilməməsi qeyri-mümkündür. Ümid edirik ki, səlahiyyətli orqanlar tezliklə məsələni həll edəcək. YPX.AZ-ın hadisə yerindən çəkdiyi videogörüntü təqdim edirik.

Nə düşünürsən?