Məşhur youtuber 3 milyona “Gelandewagen" aldı

  • 05.09.2020
  • 0

Türkiyəli Reynmen ləqəbli Yusuf Akdaş yeni aldığı "Mercedes Gelandewagen” maraklı avtomobili ilə ilk dəfə İstanbulda görüntülənib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə fenomeni Aktaş, ötən gün axşam saatlarında lüks avtomobilini "Nişantaşı City" ticarə mərkəzinin qarşısında park edərkən jurnalistlərin obyektivinə düşüb. Dəyəri təxminən 2,963,500 lirə (68,000) məbləğində qiymətləndirilən avtomobil sosial şəbəkədə paylaşılaraq gündəmə yaradıb. Xatırladaq ki, həm də repçi olan Akdaş, “Derdim Olsun”, “Ela” və “Leila” mahnıları ilə məşhurlaşıb. Keçdiyimiz il Çeşmədə verdiyi konsert üçün satışa çıxardığı 35-40 lirəlik biletlər mübahisələrə səbəb olmuşdu.

Nə düşünürsən?