150 oteldə monitorinq həyata keçirildi

  • 05.09.2020
  • 0

Məqsəd otel işçilərini maarifləndirməkdir Hazırda ölkədə 150 oteldə monitorinq həyata keçirilib və təxmini 10 regionu əhatə edib. Belə ki, avqust ayının əvvəlindən Nazirlər Kabinetinin qərarı ilə pandemiya dövründə otellərin fəaliyyəti ilə bağlı xüsusi qaydalar tətbiq olunur və Dövlət Turizm Agentliyi digər dövlət strukturları və yerli icra orqanları əməkdaşları ilə birgə monitorinqlərə start verib. Monitorinqlər təxminən 2 həftədir ki, başlayıb və 229 oteli əhatə edəcək. Monitorinqlərin əsas məqsədi isə otelçiləri maarifləndirmək xarakteri daşıyır. Otellər təxminən 174 şərtə əməl etməlidirllər.Həmin şərtlərə əməl edilməsiylə bağlı da artıq reytinq cədvəli hazırlanıb. Qaldı ki, qiymət məsələsinə, Kənan Quluzadə qeyd edir ki, macara yaxındadır adlı bir platforma hazırlanıb. Həmin platformada otellər və turizm səyahətini təşkil edən şirkətlər birləşərək müxtəlif büdcəli səyahətlər təklif edirlər insanlara ki, öz büdcələrinə uyğun səyahət paketini seçib, dincələ bilsinlər.

Nə düşünürsən?