ATV Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevi ifşa elədi

  • 05.09.2020
  • 0

ATV “Xəbərlər” proqramının axşam buraxılışında AMEA-nın prezidenti, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı tənqidi sujet yayımlanıb. Adıçəkilən şəxslər hazırda xaricdə mühacirətdə yaşayan və öz şəxsi telekanalı ilə Azərbaycan hakimiyyətinə qarşı “qara piar” kampaniyası aparan Qurban Məmmədovla sövdələşmədə, əməkdaşlıqda, onu dəstəkələməkdə, adıçəkilən şəxsin şəxsi əmlakının qeyri-qanuni yollarla artırılmasında, sənədləşdirilməsində ittiham ediliblər. Sujetdə, eyni zamanda, Ə. Həsənovla A.Fərzəliyevin bir neçə dəfə Rusiyada məxfi şəkildə görüşlər keçirdiyi, orada bəzi gizli və şübhəli sövdələşmələrə getdiyi iddia olunub.

Nə düşünürsən?